
Beynəlxalq hüquq normalarının pozulması həmişə böyük səhvlərə gətirib çıxarır.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Barak Obamanın Liviya ilə bağlı etirafına münasibət bildirərkən deyib.
“Eynisi İraqda da olmuşdu. Əfqanıstanda da olacaq. Oxşar hadisələri hazırda Suriyada görürük. Daha nə qədər davam edəcək? ABŞ əvvəlcə informasiya müharibəsi ilə beynəxalq hüquq normalarını pozur. Bir neçə il sonra isə parlaqlıq solduğunda və hər kəs bunun dağıdıcı olduğunu anlayanda Vaşinqton bunun xəta olduğun bildirir. Daha sonra ABŞ növbəti ölkəni təcavüzkar adlandırır”, - Zaxarova vurğulayıb.
Qeyd edək ki, Obama 2011-ci ildə keçirilən Liviya əməliyyatı nəticəsində Müəmmər Qəzzafinin devrilməsinin prezidentlik dövründə ən böyük səhvi olduğunu açıqlayıb.
Qaynar.info