Özbəkistanın Buxara bölgəsində güclü fırtına nəticəsində bir nəfər ölüb, daha 31 nəfər zərər çəkib.
Qaynarinfo xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi çərşənbə axşamı məlumat verib. Fövqəladə Hallar Nazirliyinin Telegram-a verdiyi açıqlamada:
"Aprelin 27-si axşam Buxara bölgəsində güclü külək nəticəsində 1 nəfər ölüb, 31 nəfərə bədən xəsarəti dəyib", - deyə bildirilir.
Agentliyin məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər xəstəxanaya yerləşdirilib, qalan 26 nəfər ilk tibbi yardımdan sonra evlərinə buraxılıb.