Ukrayna prezidenti Volodimir Zelenski Qərbi Ukrayna məsələsində birlik göstərə bilməməkdə günahlandırıb.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, Zelenski bu barədə Davos iqtisadi forumunda çıxış edərkən deyib.
Prezident Volodimir Zelenski Kiyevə silah tədarükü ilə bağlı fərqli mövqelərinə və NATO hərbi alyansı daxilində fikir ayrılıqlarına əsasən Qərb ölkələrini Ukrayna məsələsində "birlik” göstərməməkdə ittiham edib.
"Birlik silahlarla bağlıdır. Sualım budur ki, praktikada bu birlik varmı? Mən onu görə bilmirəm. Rusiya qarşısında böyük üstünlüyümüz həqiqətən birləşdiyimiz zaman olacaq”, - deyə Zelenski Davosda Dünya İqtisadi Forumunda Ukrayna ilə bağlı panel müzakirəsi zamanı bildirib.
Videobağlantı vasitəsilə danışan Zelenski həmçinin Finlandiya və İsveçin NATO-ya mümkün qəbulu ilə bağlı konsensusun olmamasına diqqət çəkib. NATO üzvü olan Türkiyə Şimali Avropa ölkələrinin hərbi alyansa üzv olmasına qarşı çıxıb.
"Beləliklə, möhkəm birləşmiş Qərb varmı? Yox”,- o deyib.
Nurlan Hüseynov