Xəbər lenti

Zelenski Lavrovla qısa görüşünün detallarını açdı: "Ona dedim ki..."
Dünya07:55 26.09.2019

Zelenski Lavrovla qısa görüşünün detallarını açdı: "Ona dedim ki..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Vladimir Zelenski ötən gün Nyu-Yorkda Rusiya XİN başçısı Sergey Lavrovla baş tutan görüşün detallarını açıqlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, V.Zelenski BMT Baş Assambleyasının iclası çərçivəsində Lavrovla söhbətləşməyindən danışıb.
"Nazir mənə yaxınlaşdı və mənimlə tanış olmaq istədiyini dedi. O, "Biz həqiqətən Donbasda müharibənin bitməsini istəyirik. Əsir mübadiləsinə görə təbrik edirəm", - deyə bildirdi.
Ukrayna lideri də Donbasda müharibənin bitməyində maraqlı olduğunu dilə gətirib:
"Bəli, biz əlimizdən gələni edirik. Bu, bizim ölkəmiz və bizim torpağımızdır. Əgər hazırsınızsa, müharibəni bitirək. Torpaqlarımızı qaytarın və əsir mübadiləsi edin".
Gülşən