Xəbər lenti

Zelenski daha tez əks-hücum əməliyyatına başlamaq istəyib, Qərb imkan verməyib…
Dünya12:34 06.07.2023

Zelenski daha tez əks-hücum əməliyyatına başlamaq istəyib, Qərb imkan verməyib…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski daha tez əks-hücum əməliyyatı keçirməyi təklif edib və bunun üçün ABŞ və Aİ-dən silah və sursat istəyib, lakin çatdırılmadakı gecikmələrə görə Kiyev və onun Qərb müttəfiqləri Rusiyaya müdafiəni gücləndirməyə şərait yaradıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna lideri CNN-ə müsahibəsində bildirib.
"Bizi dəstəkləyən lider kimi ABŞ-a minnətdaram. Amma mən onlara, eləcə də Avropa liderlərinə dedim ki, biz əks-hücum əməliyyatını daha tez başlamaq istərdik və bunun üçün bizə bütün silah və sursat lazımdır. Niyə? Çünki gec başlasaq, daha yavaş hərəkət edəcəyik”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, "hamı başa düşürdü” ki, əks-hücum sonradan başlasa, o zaman "ərazilərimizin çox hissəsi minalanacaq”. "Biz düşmənimizə daha çox mina yerləşdirmək və müdafiə xətlərini hazırlamaq üçün vaxt və imkan veririk”, - deyə Ukrayna prezidenti izah edib.
İndi bəzi ərazilərdə Ukrayna Silahlı Qüvvələri "hücuma başlamaq haqqında belə düşünə bilməz”, çünki onların "uyğun silahları” yoxdur”, - deyə Zelenski qeyd edib. O əlavə edib ki, döyüş meydanındakı bütün bu çətinliklər əks-hücumun ləngiməsinə gətirib çıxarır.
Xatırladaq ki, iyulun əvvəlində Zelenski Ukrayna qoşunlarının ləng irəliləyişini güclü yağışlarla əlaqələndirib. Bununla belə o qeyd edib ki, Kiyev əks-hücum əməliyyatının nəticələrini iyulun 11-də Vilnüsdə başlayacaq NATO sammitinə qədər göstərmək istəyir.
Ukrayna genişmiqyaslı hücuma iyunun 4-də başlayıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, bir ay ərzində silahlı qüvvələr Zaporojye, Xerson və Donetsk vilayətlərində 160 kv.km-dən çox ərazini Rusiya işğalından azad etməyə müvəffəq olub. 
Eyni zamanda, müdafiə nazirinin müavini Anna Malyar vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri hələ gözlənilən "əsas zərbə” üçün ehtiyatlarının bir hissəsini saxlayır.
Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı qeyd edib ki, Ukrayna ordusunun ləng irəliləməsi ilə bağlı söhbətlər onu qıcıqlandırır. Onun sözlərinə görə, "hər metr qanla alınır”, hərbçilərin silah və aviasiyaya ehtiyacı var. 
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı bildirib ki, Ukraynanı lazımi hər şeylə və tam şəkildə təmin etmədən əks-hücum planları "ümumiyyətlə qeyri-mümkündür”.
Eyni zamanda, Ukraynanın döyüş meydanında əhəmiyyətli uğur qazanmaması bəzi Qərb rəsmilərini əsəbiləşdirir, - The Economist yazıb. ABŞ rəsmiləri həmçinin CNN-ə deyiblər ki, USQ hücumu "heç bir cəbhədə gözləntiləri doğrultmur”.
Nizami Bağırov