Xəbər lenti

Zelenski: FIFA-nın blokladığını Şevçenko, Modriç, Qvardiola yaydı
Dünya06:46 19.12.2022

Zelenski: FIFA-nın blokladığını Şevçenko, Modriç, Qvardiola yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 18-də bildirib ki, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının finalı ərəfəsində o, Ukraynadan bütün dünyaya - "sülh və həyata dəyər verən hər kəsə” xüsusi müraciət hazırlayıb, lakin Beynəlxalq Futbol Federasiyası tərəfindən bu müraciətin qarşısı alınıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski Prezident Administrasiyasının Facebook səhifəsində yayımlananı axşam videomüraciətində bildirib.
"Qətərdəki final oyunundan əvvəl FİFA bu müraciəti stadionda nümayiş etdirməsinin qarşısını alsa da, dünya bizim çağırışımızı eşitdi. Oyunçularımız videonu yaydılar... Yarmolenko və bütün Ukrayna yığma komandası, Şevçenko, Şovkovski, Modriç, Srna, Qvardiola, Rats və bir çoxları digər gözəl oyunçular. Hər kəsə təşəkkür edirəm! Tərəfdaş ölkələr dəstəklədilər. Minlərlə dünya mediası bunu yayıb”, - Ukrayna prezidenti bildirib.
Argentina millisinin Fransa yığmasını penaltilər seriyasında məğlub etdiyi 2022-ci il dünya çempionatının finalını Zelenski "emosional" adlandırıb.
"Futbolun bütün mahiyyəti budur: hər kəsin qalib gəlmək şansı var, hər kəs özünün ən güclü olduğunu göstərə bilər. Amma rəqabət döyüş meydanında deyil, oyun meydanındadır. Baş verə biləcək ən pis şey isə qırmızı kartdır, qırmızı düymə yox. İnsanları sülh birləşdirir”, - deyə Zelenski vurğulayıb.
Nizami Bağırov