Ukrayna Prezidenti Vlodimir Zelenski Slovakiyanın Baş Naziri Robert Fikonu Ukraynaya dəvət edərək "mövcud bütün məsələlərin” müzakirə olunmasını təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidentinin Ofisi tərəfindən sosial şəbəkə X-də yayımlanıb.
Məlumatda bildirilir ki, hazırda prezident Slovakiya Baş Naziri Robert Fiko ilə danışır və onu Ukraynaya dəvət edir ki, bütün mövcud məsələləri müzakirə etsin.
Qeyd edək ki, 23 fevral Fiko bildirib ki, Slovakiya Ukraynaya fövqəladə elektrik enerjisi tədarükünü dayandırır. O, bunu Rusiya neftinin "Drujba” boru kəməri ilə tranzitinin dayandırılmasına cavab kimi izah edib. Baş nazir əlavə edib ki, əgər neft tədarükü bərpa olunmasa, dövlət səhmdar şirkəti SEPS-ə müraciət edəcək və Ukraynaya fövqəladə elektrik tədarükünü dayandırmağı xahiş edəcək.
Buna baxmayaraq, Avropa Şəbəkə Operatorları Sistemi ENTSO-E-nin məlumatına görə, Macarıstan və Slovakiyadan Ukraynaya kommersiya məqsədli elektrik idxalı davam edir.
Günay
Şərhlər