
Ukrayna Prezidenti Vladimir Zelenski İngiltərəyə səfəri zamanı MI6 xarici kəşfiyyatının rəhbəri Riçard Mur ilə görüşdüyünü təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, Zelenski və xanımı keçən həftə İngiltərəyə rəsmi səfər ediblər.
"MI6 ofisində görüşümüz oldu. Təəssüf ki, bütün məlumatları səsləndirə bilmirəm. Yəni bunlar dövlət işidir”, - Zelenski deyib. Ukrayna lideri bildirib ki, əsas etibarilə söhbət Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasından gedir, tərəflər dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə probleminə də diqqət yetiriblər.
Zelenski açıqlamasında bu görüşün tərkibi və qaldırılan məsələlər barədə yerli medianın xəbərlərini oxuduğunu və əslində "fərqli bir tərkib” olduğunu və təsvir olunan bir sıra problemlərin müzakirə olunmadığını da əlavə edib. Bu baxımdan Zelenski Ukrayna mediasına yaydıqları məlumatları diqqətlə yoxlamağı tövsiyə edib.
Alpər