Xəbər lenti

Zelenski istisna etmir: Putin növbəti Sülh Sammitinə dəvət edilə bilər
Dünya 12:18 04.07.2024

Zelenski istisna etmir: Putin növbəti Sülh Sammitinə dəvət edilə bilər

Ukrayna prezidenti Vladimir Zelenski Putinin növbəti Sülh Sammitinə dəvət ediləcəyini istisna etməyib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə iyulun 3-də axşam saatlarında yayımlanan Bloomberg-ə müsahibəsində bildirib.

Eyni zamanda, Zelenski deyib ki, əgər Rusiya və Ukrayna danışıqlar masası arxasına əyləşmək üçün bir yol tapa bilsələr, Putinin şəxsən və "yaxın gələcəkdə” bu danışıqlarda iştirakını gözləmir, çünki Rusiya prezidenti "gəlməkdən çox qorxur".

Eyni müsahibədə Zelenski deyib ki, ABŞ və Çin fikir ayrılıqlarını bir kənara qoyub birlikdə hərəkət etsələr, Ukraynada müharibəyə son qoya bilərlər.

O, əmindir ki, Çin münaqişənin həllində "böyük rol” oynaya bilər, çünki Moskva onun ixrac bazarından çox asılıdır. Beləliklə, Ukrayna Prezidenti Finlandiya Prezidenti Aleksandr Stubbın "Rusiya indi Çindən çox asılıdır” və "Çin sədri Si Szinpinin bir telefon zəngi Ukrayna böhranını həll edə bilər” fikri ilə razılaşıb.

Ukrayna Prezident Aparatının məlumatına görə, birinci Sülh Sammitinin nəticələrinə əsasən, Ukrayna BMT Baş Assambleyasının Ukraynada nüvə təhlükəsizliyinə dair iclasında baxılmaq üçün Zaporojye Nüvə Enerjisinə xüsusi diqqət yetirməklə qətnamə layihəsi hazırlayır.

Ötən gün Zelenski BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Françis ilə görüşüb. Ukrayna Prezidenti BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyü və suverenliyinə ardıcıl dəstəyini qeyd edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->