Xəbər lenti

Zelenski Kirill Budanov və Aleksey Arestoviçə yüksək hərbi rütbə verdi
Dünya13:19 03.04.2022

Zelenski Kirill Budanov və Aleksey Arestoviçə yüksək hərbi rütbə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova general-mayor rütbəsi verib.
Qaynarinfo xəvər verir ki, bununla bağlı fərman dövlət başçısının saytında dərc edilib.
Kirill Budanov
"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, briqada generalı Kirill Alekseeviç Budanova general-mayor hərbi rütbəsi verilsin”, deyə fərmanda qeyd edilir.
Zelenskinin başqa bir fərmanı ilə Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç polkovnik-leytenant hərbi rütbəsi verilib. Bu barədə Arestoviç özünün "Facebook" səhifəsində yazıb. 
Aleksey Arestoviç
Qeyd edək ki, Aleksey Arestoviç Odessa Quru Qoşunları İnstitutunun məzunudur, hərbi tərcüməçi diplomuna malikdir. 1994-2005-ci illərdə Baş Kəşfiyyat İdarəsində çalışıb. Aretoviç həm də aktyorluq və blogçuluq fəaliyyəti ilə məşğul olub. O, Müqəddəs Foma Akvinski adına Kiyev İnstitutunda ilahiyyat üzrə təhsil alıb.
Ukrayna prezidenti həmçinin Rusiya ordusu tərəfindən öldürülən fotoqraf və sənədli film ustası Maks Levini "İgidliyə görə” ordeni ilə təltif edib. Bununla bağlı fərman dövlət başçısının saytında dərc olunub.
Maks Levin
"Rusiya təcavüzünün işıqlandırılması zamanı göstərdiyi şəxsi cəsarət və fədakarlığa görə qərara alıram: fotojurnalist (ölümündən sonra) Levin Maksim Yevgenieviçi III dərəcəli "İgidliyə görə” ordeni ilə təltif edilsin”, deyə fərmanda bildirilir.
Aydın