Ukrayna Prezidenti Vladimir Zelenski ilə Çin Xalq Respublikasının lideri Si Szinpin arasında telefon danışığı olub.
Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə Twitter-də məlumat verib və söhbətin uzun sürdüyünü qeyd
edib.
"İnanıram ki, o, eləcə də Ukraynanın Çinə səfirinin təyin olunması ikitərəfli münasibətlərimizin inkişafına güclü təkan verəcək", - prezident vurğulayıb.
Xatırladaq ki, martın 25-də Vladimir Zelenski Çin liderinin Moskvaya səfəri zamanı Si Szinpinlə danışıqlar üçün hələlik təklif almadığını vurğulayıb.
Martın 29-da məlum olub ki, Zelenskinin Çin sədri Si Szinpini Ukraynaya dəvət edib.
Alpər