Ukrayna prezidenti Volodimir Zelenski iyulda Vilnüsdə keçiriləcək NATO sammitində şəxsən iştirak etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə BNS-ə müsahibəsində Ukraynanın Litvadakı səfiri Petr Beşta məlumat
verib.
"Biz bunu planlaşdırırıq. Bizə lazım olan ilk şey dəvətdir, çünki Ukrayna NATO-nun üzvü deyil. Biz onu alacağımıza ümid edirik və Ukraynadakı müharibə ilə bağlı vəziyyətin əsaslı şəkildə dəyişəcəyinə bel bağlayırıq", - diplomat, Ukrayna prezidentinin sammitdə iştirak edib-etməyəcəyi barədə sualı cavablandırarkən bildirib.
Ötən il fevralın 24-də Rusiya işğalı başlayandan bəri Zelenski ABŞ, Böyük Britaniya, Fransa və Brüsselə səfər edib.
Səfirin sözlərinə görə, 2022-ci ilin sonunda başlayan bu səfərlər daha çox istisna idi, çünki Zelenski Kiyevdə qalmalıdır.
"Biz Vilnüsdəki görüşdə çox aydın ifadə gözləyirik ki, müharibə bitən kimi Ukrayna NATO-ya üzv olacaq”, - Beşta bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, hazırda Alyans üçün prioritet Ukraynanın üzvlük deyil, Rusiyaya qarşı genişmiqyaslı müharibədə qalib gəlməsinə yardım etməkdir.
Nizami Bağırov