Xəbər lenti

Zelenski: "Putinsiz Donbasdakı münaqişə heç vaxt həll olunmayacaq"
Dünya13:55 06.10.2020

Zelenski: "Putinsiz Donbasdakı münaqişə heç vaxt həll olunmayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiyev Rusiya Prezidenti Vladimir Putinlə bir dialoq qurmazsa, Ukraynanın itirilmiş ərazilərini geri qaytarmaq və Donbasdakı qarşıdurmaya son qoymaq mümkün olmayacaq.

Qaynarinfo xəbər verir ki, bu fikri Ukrayna lideri Vladimir Zelenski səsləndirib.

"Prezident Putinlə danışmasaq, Ukraynanı tam bərpa edə, bütün ərazilərimizi geri qaytara bilməyəcəyik”, - prezident deyib.

Zelenski Ukraynanın Qərb tərəfdaşlarının dəstəyinə də ehtiyac duyduğunu vurğulayıb.

Ukrayna tərəfinin Putinlə həbs olunmuş dənizçilərin geri qaytarılması və Krım sakinlərinin humanitar problemlərinin həlli kimi məsələləri yoluna qoymaq istədiyini də əlavə edib.

Alpər