Xəbər lenti

Zelenski: “Rusiya Ukryana ilə müharibəyə başlasa...”
Dünya14:04 25.12.2020

Zelenski: “Rusiya Ukryana ilə müharibəyə başlasa...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Krım tərəfdən "hücum” edəcəyi təqdirdə döyüşməyə hazır olduqlarını açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti-nin yerli mətbuata istinadən verdiyi məlumatda deyilir.
Prezident bu vəziyyətdə Ukrayna əhalisi üçün vəziyyətin çox çətin olacağını vurğulayıb, çünki bütün vətəndaşlar səfərbər ediləcək: həm kişilər, həm də qadınlar.
Zelenski eyni zamanda hadisələrin belə bir inkişafını təsəvvür etmək belə istəmədiyini qeyd edib və bunun mümkünsüz olduğuna ümid etdiyini bildirib.
Sonda prezident Rusiyanın bunu yaxşı bildiyini də sözünə əlavə edib.
Alpər