Xəbər lenti

Zelenski Rusiya və Gürcüstana qarşı yeni sanksiyalar tətbiq etdi
Dünya09:42 01.07.2023

Zelenski Rusiya və Gürcüstana qarşı yeni sanksiyalar tətbiq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Vladimir Zelenski 190-dan çox şəxsə, o cümlədən Rusiya vətəndaşlarına - təyyarə istehsalı müəssisələrinin və elmi-texniki təşkilatların rəhbərlərinə qarşı 10 il müddətinə sanksiya tətbiq edib. 
Qaynarinfo xəbər verir ki, müvafiq fərman Ukrayna liderinin saytında yerləşdirilib.
Ukraynanın sanksiyalar siyahısına Rusiya, Belarus, Gürcüstan və Qazaxıstanın zavod və şirkətləri də daxil olmaqla 291 hüquqi şəxs də daxildir.
Sərəncama əsasən, prezidentin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarı qüvvəyə minib.
Bundan əlavə, Zelenski Rusiyaya uçuşların bərpasından sonra Gürcüstanın "Georgian Airways” aviaşirkətinə və onun direktorlar şurasının sədri Tamaz Qayaşviliyə qarşı 10 illik sanksiyalar tətbiq edib.
Aydın