Prezident Volodimir Zelenski bildirib ki, Brüsseldə keçirilən görüşlərdə Ukraynada sülhməramlı missiyanın yerləşdirilməsi ideyası müzakirə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyskaya pravda" Zelenskinin danışıqların yekununda keçirdiyi mətbuat konfransına istinadən
yazır.
Prezidentin sözlərinə görə, hazırda bu mövzu ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun dəstəyi ilə məsləhətləşmələr aparılır.
"Biz Emmanuel ilə onun köhnə ideyasını müzakirə etdik. Biz bu ideyanı – (yəni sülhməramlı missiya ilə bağlı olan – YP) Ukraynanın gücləndirilməsini dəstəkləyirik. Emmanuel bu mövzuda bəzi liderlərlə əlaqə saxlayıb. Biz prosesdəyik, amma görürəm ki, bəzi liderlərdən müsbət yanaşmalar var”, - Zelenski deyib.
Eyni zamanda, prezident missiyanın mümkün formatını şərh etməkdən imtina edib və bunu "həssas məsələ" adlandırıb.
"Burada əsas məsələ təfərrüatlardır və biz bu təfərrüatları müzakirə edirik”, – Zelenski yekunlaşdırıb.
Bundan əvvəl Avropa İttifaqının xarici siyasət xidməti rəhbəri Ukraynada sülhməramlı missiya ideyasını şərh etmişdi.
Həmçinin, Finlandiya prezidenti və Niderlandın xarici işlər naziri də bu barədə fikir bildiriblər, amma qeyd ediblər ki, bu ideya hələ çox "qeyri-müəyyəndir”.
Alpər
Şərhlər