Xəbər lenti

Dünya 15:50 09.02.2024

Zelenski Zalujnı və Budanova Ukrayna Qəhrəmanı adı verdi

Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova Ukrayna Qəhrəmanı adı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Ukrayna prezidentinin saytında dərc olunmuş müvafiq sərəncama istinadən məlumat yayıb.

"Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar xidmətinə görə qərara alıram: General Valeri Fyodoroviç Zalujnıya "Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adı verilsin”, deyə sənəddə deyib.

Budanova gəlincə, o, ən yüksək mükafatı "Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət və qəhrəmanlığa, Ukrayna xalqına fədakar xidmətə görə” alıb.

"General-leytenant Budanov Kirill Alekseyeviç "Qızıl Ulduz” ordeni ilə təltif edilməklə Ukrayna Qəhrəmanı adına layiq görülsün”, - deyə sərəncamda deyilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->