Ukrayna prezidenti Volodimir Zelenski Braziliya prezidenti Jair Bolsonaronu Ukraynadakı müharibəyə neytral münasibətinə görə tənqid edib.
Qaynarinfo xerir ki, bu barədə RBC-Ukrayna Latın Amerikasının Globo telekanalına müsahibəsinə istinadən məlumat
yayıb.
"Mən onun neytrallıq mövqeyini dəstəkləmirəm. Düşünmürəm ki, müharibədə bitərəf ola bilərsiniz. Gəlin, İkinci Dünya müharibəsini təsəvvür edək. O vaxt bir çox liderlər əvvəlcə bitərəf idilər. Bu, faşizmə Avropanın yarısını "yeməyə" və sonra daha da irəli getməyə imkan verdi. Sonra isə neytrallıq olduğu üçün bütün Avropanı ələ keçirdi”, - Zelenski deyib.
Zelenskinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi məsələsində ortada olmaq mümkün deyil.
"Mən vasitəçi olmağa hazıram" deyə bilməzsiniz. Nədə vasitəçi? Müharibənin vasitəçisi? Kimin arasında vasitəçi? Burada müharibə Rusiya ilə Ukrayna arasında deyil, Rusiyanın Ukrayna xalqına qarşı müharibədir”, - deyə Ukrayna prezidenti izah edib.
Nizami Bağırov
Şərhlər