Xəbər lenti

Zelenskinin həyat yoldaşı ABŞ Konqresində çıxış edəcək
Dünya08:28 19.07.2022

Zelenskinin həyat yoldaşı ABŞ Konqresində çıxış edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya çərşənbə günü, iyulun 20-də ABŞ Konqresində çıxış edəcək.
Qaynarinfo bu barədə "Thehill" saytına istinadən xəbər verir.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ofisindən verilən açıqlamaya görə, Yelena Zelenskayanın çıxışı yerli vaxtla saat 11:00-da başlayacaq.
Bəyanatda bildirilir ki, bu çıxışı dinləmək üçün Senat üzvləri ilə yanaşı, Nümayəndələr Palatasının üzvləri də dəvət olunub.
Qeyd edilir ki, Ukrayna prezidenti Volodimir Zelenski də martın 16-da ABŞ Konqresində çıxış edib və Konqres üzvləri tərəfindən alqışlarla qarşılanıb.
M.Arif