Xəbər lenti

Zelenskinin komandası Trampın Odessa limanını Rusiyaya verə biləcəyindən narahatdır - NYT
Dünya 13:53 18.03.2025

Zelenskinin komandası Trampın Odessa limanını Rusiyaya verə biləcəyindən narahatdır - NYT

ABŞ prezidenti Donald Trampın Odessa limanını Rusiyanın nəzarətinə verməyə razı ola biləcəyi ehtimal edilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times Ukrayna prezidenti Volodimir Zelenskinin köməkçilərinə istinadən yazır.

"Ukrayna prezidenti Volodimir Zelenskinin köməkçiləri ötən ay bəyan ediblər ki, onlar cənab Trampın Vladimir Putinin Ukraynanın bəzi əraziləri ilə bağlı digər istəklərini, bəlkə də, həyati əhəmiyyət daşıyan Odessa limanını da təmin edə biləcəyindən narahatdırlar", – deyə məqalədə bildirilir.

Bu məlumat, ABŞ və Rusiya prezidentlərinin 18 mart çərşənbə axşamı baş tutacaq danışıqlarına hazırlıq fonunda yayılıb. Xəbərdə vurğulanır ki, bu görüş zamanı tərəflər ərazi məsələlərini müzakirə edəcəklər.

Nəşr xatırladır ki, bazar günü Floridadan qayıdarkən Air Force One təyyarəsində jurnalistlərə danışan Tramp çərşənbə axşamı Putinə zəng edəcəyini və bu görüşün "Rusiya atəşkəs müqabilində hansı torpaq və aktivləri qoruyub saxlayacağı" məsələsinə yönələcəyini açıq şəkildə bildirib.

"Ağ Ev köməkçiləri açıq şəkildə bildiriblər ki, Rusiya Krımı mütləq saxlayacaq – tarixin qəribə dönümlərindən biri kimi, 1945-ci ilin fevralında Yalta konfransının keçirildiyi yer də elə ora olub – və əlavə ediblər ki, Moskva nəzarətində saxladığı ərazilərin böyük hissəsini əldə edəcək", – NYT yazır.

Bundan əlavə, ABŞ administrasiyası "Rusiyanın hazırda hərbi nəzarətində olan, yəni təxminən Ukraynanın 20%-ni təşkil edən əraziləri idarə edəcəyini" gözlədiyini açıq şəkildə ifadə edib.

Jurnalistlər ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Voltzdan Rusiyaya mümkün güzəştlərlə bağlı məlumat almağa çalışıblar. Lakin Voltz yalnız "Rusiya ilə praqmatik danışıqlar aparacağını" bildirib və Moskvanın təcavüzünə görə mükafat alıb-almayacağı ilə bağlı müzakirələri rədd edib. Son çıxışlarında Voltz üç il davam edən qanlı müharibə, səngər döyüşləri və pilotsuz aparat hücumlarından sonra "danışıqların ən vacib nəticəsinin qətllərin dayandırılması olması" mövqeyini sərgiləyib.

Ukraynanın mümkün ərazi güzəştləri: nə məlumdur.

Daha əvvəl UNİAN xəbər verirdi ki, ABŞ və Rusiya prezidentləri 18 mart tarixində keçiriləcək telefon danışığında müharibənin dayandırılması naminə mümkün ərazi güzəştlərini müzakirə edəcəklər. Ağ Ev bəyan edib ki, ABŞ və Rusiya Ukraynada sülhə nail olmaq üçün "son on yard məsafədədir". Ağ Evin mətbuat katibi Kerolayn Levitt 17 martda təsdiqləyib ki, Tramp və Putin söhbət zamanı, xüsusilə, Zaporojye AES-in taleyini müzakirə edəcəklər.

ABŞ və Rusiya prezidentlərinin danışığı ərəfəsində media yazır ki, ABŞ administrasiyası müharibənin dayandırılması ilə bağlı gələcək razılaşma çərçivəsində Ukraynanın Krımı Rusiyanın ərazisi kimi tanımaq ehtimalını nəzərdən keçirir. "Bu cür razılaşma Tramp administrasiyasını, uzun müddətdir Krımı öz ərazisi hesab edən Vladimir Putinin mövqeyi ilə uyğunlaşdırardı", – deyə məqalədə qeyd olunur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->