Xəbər lenti

Zelenskinin Moskvaya dəvət olunması: Peskov kapitulyasiyadan danışdı
Dünya 10:57 05.09.2025

Zelenskinin Moskvaya dəvət olunması: Peskov kapitulyasiyadan danışdı

Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskini Moskvaya "kapitulyasiya etməyə yox, guya danışmağa” dəvət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O həmçinin Ukraynadakı genişmiqyaslı müharibənin həllində "tunelin sonunda işıq göründüyünü” vurğulayıb. Lakin onun sözlərinə görə, döyüş əməliyyatlarının başa çatma müddəti barədə "proqnoz vermək olmaz”.

Rusiya mediasına müsahibəsində Peskov həmçinin ABŞ-la Rusiya arasındakı münasibətlərdən danışıb. "Rusiya və ABŞ münasibətlərinə çox ciddi zərər vurulub, "tam donmuş vəziyyətdən çıxış” üçün vaxt lazımdır”, deyə o qeyd edib.

Putinin sözçüsü əlavə edib ki, iki ölkənin xüsusi xidmət orqanları arasında ünsiyyət kanalları mövcuddur, lakin ABŞ prezidenti ilə Putin arasındakı danışıqlar həmişə "asan olmur”, çünki hər iki tərəf "öz ölkəsinin maraqlarını müdafiə edir”. 

Peskov, həmçinin, Donald Tramp haqda da bir qədər müsbət danışaraq bildirib: "Putin Trampın səylərini və onunla konstruktiv münasibətləri yüksək qiymətləndirir”. Bununla yanaşı o, işğalçıların "öz təhlükəsizliklərini təmin etmək üçün lazım olan hər şeyi edəcəklərini” vurğulayıb.

Bundan əvvəl bildirilmişdi ki, Putin guya Zelenski ilə görüşdən heç vaxt imtina etməyib, əgər bu görüş yaxşı hazırlanmış olsa və "müsbət nəticələrə” gətirib çıxararsa. Putin həmçinin bildirib ki, Ukrayna hakimiyyəti istənilən ərazi məsələsini həll etmək üçün referendum keçirməlidir, amma bunun üçün əvvəlcə hərbi vəziyyət ləğv olunmalıdır.

Ukrayna prezidentinin Kreml rəhbərinin Moskvada görüş təklifinə reaksiyası isə belə olub və bunları yazıb: "İstəyirsən ki, görüş baş tutmasın – məni Moskvaya dəvət et. Ona görə də düşünürəm ki, Rusiya görüş barədə danışmağa başlayıbsa – bu, artıq pis deyil. Amma hələ ki, onların müharibəni bitirmək istədiyini görmürük”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->