Xəbər lenti

Zəlzələ Naxçıvanı silkələdi
Dünya12:00 18.04.2013

Zəlzələ Naxçıvanı silkələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan və Ordubad şəhərlərində zəlzələ 3 bala qədər hiss olunub

Bu gün 15:39 radələrində Naxçıvandan 82 km cənub-qərbdə, İran ərazisində, Məranddan 26 km qərbdə zəlzələ baş verib. Qaynar.info Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, episentrdə zəlzələ 5,1 bal təşkil edib.

Naxçıvan və Ordubad şəhərlərində zəlzələ 3,0 bala qədər hiss olunub. Azərbaycan ərazisində insan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.

Qaynar.info