"Hesab edirəm ki, Türkiyədə baş verən zəlzələnin fəsadlarını tam aradan qaldırmaq, insanları yerləşdirmək üçün 8-10 il vaxt tələb olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, 1-2 ilə dağıntının fəsadlarını aradan qaldırmaq qeyri-mümkündür:
"Bir neçə şəhər tamami ilə dağılıb. Əgər, hər dağılan binaya bir briqada təhkim olunarsa, o zaman bir ilə dağılan binaları yenidən tikmək olar. Binaların infrastrukturuna ayrı biriqadalar ayrılmalıdır. İnsanların sayından, maliyyədən, resurslardan, tikinti materiallarının təminatından çox şey asılıdır. Bu da çətin məsələdir”.
Nüsrət İbrahimov deyib ki, yeni binalar tikilənə qədər evləri dağılan insanlar başlarının çarəsinə özləri baxacaq.
Bahar Rüstəmli