Xəbər lenti

Zərrabın Ebru Gündəşə bağışladığı təyyarə əlindən alındı - FOTO
Dünya08:19 01.02.2014

Zərrabın Ebru Gündəşə bağışladığı təyyarə əlindən alındı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə ötən ilin 17 dekabr tarixində həyata keçirilən rüşvət əməliyyatı çərcivəsində həbs edilən iş adamı Rza Zərrabın həyat yoldaşı, müğənni Ebru Gündəşə hədiyyə etdiyi təyyarənin fotoları yayılıb. 

ANS PRESS-in məlumatına görə, təyyarənin kreditləri ödənmədiyi üçün lizinq şirkəti tərəfindən geri alınıb. Zərrabın təyyarəni geri ala bilməyi üçün yeni müqavilə imzalayaraq, borclarını ödəməsi gərəkir. 

Qeyd edək ki, iş adamının Ebru Gündəşə “Challenger 300” tipi özəl təyyarə 12 milyon dollar dəyərində olub. 

Təyyarə TC-RZA adlanır. Kanada şirkəti tərəfindən istehsal edilib. 2012-ci ilin sentyabr ayında alınıb. "Challenger 300"ün ilkin satış qiyməti 24 milyon dollardır. Təyyarə 8 sərnişin üçün nəzərdə tutulub. Təyyarə 13 min 716 metr hündürlükdən uça bilir və saatda 870 km sürət yığır. 

Ebru Gündəşi jurnalistlərin əri tərəfindən alınan bahalı hədiyyələrlə bağlı yazması çox əsəbləşdirmişdi. O, ərinin tanınmış iş adamı, özünün isə illərdir çalışan qadın olduğunu demişdi. "Bir birimizə hədiyyə ala bilmərik? Uşağımızın gələcəyi üçün sərmayə yığa bimərik? Maraqlananlara da deyim ki, ərimin növbəti hədiyyəsi də artıq bəllidir. Planlaşdırmışıq. O, mənə Marsı alacaq". 

Qaynar.info