Xəbər lenti

"Zeytun budağı": 1266 terrorçu məhv edildi
Dünya08:00 11.02.2018

"Zeytun budağı": 1266 terrorçu məhv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 1266 nəfərə çatıb.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, son gün ərzində 86 PKK/KCK/PYD-YPG və İŞİD üzvü zərərsizləşdirilib. Terror təşkilatlarına aid 19 sığınacaq, silah anbarı vurulub. Əməliyyatda iştirak edən təyyarələr zərər görmədən müvafiq hərbi bazalara geri qayıdıblar.
TSQ tərəfindən bombalanan ərazilər arasında Darmik və Şeyx Xuruz dağlarının yamacları yer alıb.
Qeyd edək ki, ötən gün TSQ 11 şəhid verib.
Gülşən