Xəbər lenti

Üzgüçü heç nəsiz, yalın əllə akulanı belə tutdu (VİDEO)
Dünya12:06 24.06.2020

Üzgüçü heç nəsiz, yalın əllə akulanı belə tutdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Delaver ştatında əzələli bir üzgüçü onunla heç bir xüsusi avadanlıq olmadan, yalın əllə dənizdə köpək balığı tutub.
Qaynarinfo TMZ-yə istinadən bildirir ki, üzgüçü bunu sadəcə köpək balığıyla şəkil çəkdirmək üçün edib.
Hadisə Henlopen Dövlət Park Çimərliyində baş verib. Videoda bir adamın dayaz suda yalın əllə iki metr uzunluğunda bir köpək balığını sürüdüyü, sonra heyrətlənən həmyerlilərinə onun ağzını necə açdığı göstərilir. Bu hərəkəti yaranan çıxılmaz vəziyyətlə izah etmək olar, çünki adam heyvanı ələ keçirmək üçün böyük riskə gedib.
Üzgüçünün sonra köpəkbalığını neynədiyi bilinmir. Lakin Delaver ştatının qanunlarına görə, balıqçılar köpək balığı tutarsa, onları dənizə buraxmaları tələb olunur.
Alpər
<iframe src="https://ren.tv/player/video/embed/715053#autoplay=1;" width="560" height="315" frameborder="0" allowfullscreen="">