Xəbər lenti

ZTB: Almatıda prezidentin iqamətgahı yandırıldı
Dünya14:26 05.01.2022

ZTB: Almatıda prezidentin iqamətgahı yandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almatıda prezident iqamətgahı ərazisində atışma səsləri eşidilir. Qaynarinfo xəıbər verir ki, bu haqda RİA Novosti-nin məlumatında deyilir.
ZTB-nin məlumatına görə, yanğın prezident administrasiyasının binasının əsas girişində baş verib.
Daha sonra məlum olub ki, etirazçılar Qazaxıstan prezidentinin Almatıdakı iqamətgahını ələ keçirib. Bu barədə Zakon.kz xəbər portalı şahidlərə istinadən xəbər verib.
Əlavə edək ki, Qazaxıstan mediasının saytları müvəqqəti olaraq əlçatmaz olub. Xüsusilə, zakon.kz, tengrinews.kz və vlast.kz portallarının, Sputnik Qazaxıstanın səhifələrinə daxil olmaq mümkün deyil.
Alpər