Biz aksiyanı davam etdiririk, lakin aksiya iştirakçıları yenə qanunsuz olaraq saxlanılacaq.
Qaynarinfo xəbər verir ki, bunu sentyabrın 25-də səhər saatlarından etiraz aksiyalarında iştirak edən Ermənistan parlamentinin keçmiş vitse-spikeri, "Respublika” partiyasının üzvü Eduard Şarmazanov jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, müxalif Milli komitənin çağırdığı aksiyalarda kifayət qədər insan iştirak etmir, əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları onları həbs etmək barədə düşünməzdilər.
"100 min insan toplaşsa, onlar da qoşulacaq və Nikoldan imtina edəcəklər”, - deyə müxalifətçi əlavə edib.
Qeyd edək ki, səhər saatlarından etibarən bəzi müxalif qüvvələrin çağırışı ilə İrəvanın mərkəzində bir sıra küçələr bağlanır.
Nizami Bağırov
Şərhlər