
Milli Şuranın sessiyası uzanır.
Bu barədə musavat.com-a MŞ-nin sessiyasında iştirak edən siyasilərdən biri sms vasitəsi ilə məlumat yazıb. Orada qeyd olunur ki, gözlənildiyinin əksinə olaraq, Milli Şuranın sessiyasında yeni vahid namizədlə bağlı konsensusa gəlmək mümkün olmur. Yeni (yaxud ehtiyat) vahid namizəd üçün bir neçə tanınmış fiqur irəli sürülüb. Onların adları aşağıdakılardır - professorlar Rafiq Əliyev və Cəmil Həsənli, Turan agentliyinin direktoru Mehman Əliyev. Bir neçə çıxışçı ilə sabiq millət vəkili Gültəkin Hacıbəylinin namizədliyini irəli sürüb. Lakin qeyd olunan adların heç birinə dair konsesnsus əldə etmək mümkün olmayıb.
Buna görə də, Milli Şuranın sessiyasına təklif olunub ki, yeni vahid namizədlə bağlı təkliflər və müzakirələr dayandırılsın, bu məsələyə bir həftə sonra, 19 avqustda təyin olunan sessiyada baxılsın. Buna qədər isə, Milli Şuranın mitinqi təyin olunsun və bütün hazırlıqlar onun həyata keçirilməsinə yönəldilsin. Mənbəmiz yazır ki, böyük ehtimalla mitinq 18 avqusta təyin olunacaq.