Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq
Ölkə09:15 04.08.2021

Sabah 40 dərəcə isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 36-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq. 
Atmosfer təzyiqi  758 mm  civə sütunu təşkil edəcək.  
Nisbi rütubət  50-55 %, gündüz 25-30 % olacaq.
Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     
Şimal küləyi əsəcək. 
Dəniz suyunun temperaturu:  
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 05-də  Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir. 
Azərbaycanın rayonlarında:  Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°  isti, gündüz 35-39°, 
bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz  24-29° isti olacaq.