Hüseynbala Səlimov
Bəli, bu suala cavab vermək həm asandır, həm də çətin. Asandır ona görə ki, əslində o gedir, İkinci savaş hələ bitməyib, atəşkəs haqqında saziş imzalansa da, fasilələrlə, aşağı templərlə olsa da, savaş gedir – bəli, elə bir gün olmur ki, ermənilər hansısa bir təxribat törətməsinlər.
Belədə isə suala cavab vermək üçün daha bir suala cavab vermək lazımdır: Kimlər hərbi əməliyyatların bərpasında maraqlıdır? Belə qüvvələr birincisi, Ermənistanın özündə var. Hətta ən neytrallar belə hesab edirlər ki, onların ölkələri müharibəni yox, guya döyüşü uduzub, baxmayaraq ki, bir daha deyirik ki, onlar Rusiyanın iştirakı ilə Azərbaycanla atəşkəs haqqında saziş imzalayıblar.
Amma bu qüvvələr həlledici deyil. Əgər onların gücü və yaxud təsiri olsaydı, bu vaxta qədər, xüsusən də sonuncu parlament seçkilərində nəsə edərdilər, amma etmədilər, insanlar səslərini müharibəni uduzan N.Paşinyana verdilər. O başqa məsələdir ki, Paşinyan özü də az aşın duzu deyil, bütün ermənilər kimi, hiyləgər və xaindir, beynindəki miflərdən əl çəkmək niyyətində deyil, yüz saziş imzalasa da, əlverişli məqamda onları yüz dəfə pozmağa hazırdır.
Digər bir vektor Rusiyadır. Belə götürəndə Rusiya regionda sabitlik olmasında maraqlı olmalıdır, çünki tərəzinin bir gözünə onun sülhməramlıq potensialı qoyulub. Dünya görməlidir ki, Rusiya bu bölgədə sülh və sabitlik yaratmaq gücündədir və bu regionda hamı onunla hesablaşmalı, regionun taleyini ona həvalə etməlidir. Amma bu Rusiyanı idarə edən yeganə motivlər deyil. Rusiyanın geosiyasi motivləri də var. Birincisi, Azərbaycana təsir etmək, onu müəyyən bir həlqədə saxlamaq üçün münaqişə qalmalıdır və Rusiya onu idarə etməli, yeri gələndə qızışdırmalı, yeri gələndə də səngitməlidir. Nəinki ötən otuz il, hətta bu bir il ərzində biz buna dəfələrlə əmin olmuşuq. İkincisi, Rusiyanın regionla, xüsusən də Azərbaycanla bağlı planları var. Hamı bilir ki, Moskva Bakını Avrasiya İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görmək istəyir. Hətta son günlərdə cəbhədə vəziyyətin gərginləşməsini biz təsadüf saymırıq. Məlum olduğu kimi, bu son günlərdə İstanbulda türkdilli dövlətlərin mühüm toplantısı keçirildi və təşkilatın adındakı "türkdilli” sözü "Türk” sözünə çevrlidi, özü də artıq bir məşvərətçi orqan kimi yox, təşklat kimi təsdiqləndi. Moskvada belə hesab edirlər ki, bu prosesin nüvəsini Bakı və Ankara təşkil edir və məhz bu səbəbdən də Bakıya qarşı təzyiqləri artırırlar.
Doğrusu, adam bu prosesin nə ilə bitəcəyini, bu çəkişmənin necə yekunlaşacağını proqnozlaşdırmaqda çətinlik çəkir. Əlbəttə, demək olar ki, son nətcədə ədalət və azadlıq qalib gələcək, çünki tərəfdaş-partnyor seçmək Azərbaycanın öz haqqı və hüququdur.
Məsələ həm də ona görə qəlizləşir ki, Azərbaycana və Türkiyəyə qısqanclıqla yanaşan təkcə Rusiya deyil, digər Minsk Qrupu həmsədrləri – Farnsa və ABŞ da oyundan kınarda qaldıqlarını zənn edir, müxtəlif vasitələrlə prosesin gedişində problemlər yaratmağa çalışırlar ki, Bakı onları təkrarən prosesə qatsın. Amma bu cənablardan soruşmaq lazımdır ki, axı siz bu otuz ildə nə etdiniz ki, indi nə edəsəniz? Anlamaq olmur ki, bu ağalar nə istəyirlər? Doğrudanmı Azərbaycanın öz resursları hesabına bir vaxt ABŞ–ın və Fransanın da səs verdikləri dörd qətnamənin tələblərini yerinə yetirməsi bunları razı salmır?..
Görünür ki, yox. Görün, nə baş verir? ABŞ dekabr ayında keçiriləcək virtual demokratiya sammitinə Bakını və Ankaranı dəvət etmir! Tutaq ki, bir gənc dövlət kimi Bakının demokatiya məsələsində müəyyən qədər problemləri var. Bəs Türkiyəyə nə deyirsiniz? Doğrudanmı Türkiyə Ermənistan və Gürcüstan qədər də demokaratik ölkə deyil? Etiraf edək ki, tamamilə absurddur. Amma biz buna "absurd” deməkdə düz demirik. Əslində bu, təmiz qərəzdir. Özü də şüurlu və düşünülmüş qərəzdir. Səbəb də aydındır: müsəlman ölkələrini qaralamaq, onları bir qondarma ad altında toplamaq və təkləmək...