XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

2026 tarixin ən isti ili ola bilər
Dünya12:25 14.08.2026

2026 tarixin ən isti ili ola bilər

Cari ilin meteoroloji müşahidələr tarixində ən isti il olması ehtimalı yüksəkdir.

Qaynarinfo xəbər verir ki, bu proqnozu iqlim araşdırmaları üzrə ixtisaslaşan ABŞ-ın qeyri-kommersiya təşkilatı “Berkeley Earth” aylıq hesabatında açıqlayıb.

Təşkilatın analitikləri 2026-cı ilin tarixdə ən isti il olacağına təxminən 69 faiz ehtimal verirlər. Bununla yanaşı, cari ilin müvafiq reytinqdə ikinci yeri tutması da mümkündür. Hesabatda bu ssenarinin ehtimalı 30 faiz göstərilir.

“Berkeley Earth”ün məlumatına görə, ötən iyul 2026-cı ilin ən isti ayı olub. Yer səthinin təxminən 8,5 faizində yerli temperatur rekordları yenilənib. Rekord istilər Aralıq dənizi regionu, Cənubi Avropa, Rusiya Federasiyasının qərb hissəsi, Sibir və Mərkəzi Asiya da daxil olmaqla müxtəlif ərazilərdə qeydə alınıb.

Ümumilikdə 32 ölkədə yeni aylıq temperatur rekordları müəyyən edilib.

Avropada da anomal isti hava davam edir. Avqustun 10-da Böyük Britaniya və Fransanın anomal istilərin beşinci dalğasına hazırlaşdığı bildirilib.

Anomal isti hava mayın sonunda Avropa ölkələrini bürüyüb və sonrakı dövrdə səngimək əvəzinə daha da güclənərək pik həddə çatıb. Hakimiyyət orqanları bununla bağlı müxtəlif tədbirlər görsə də, yüksək temperatur həm əhaliyə, həm də infrastruktura ciddi təsir göstərir.

Aydın