
Hindistanın Mumbay şəhərində bir neçə gün əvvəl 22 yaşlı qız jurnalisti zorlayan 5 nəfər şübhəlilərdən hamısı polis tərəfindən saxlanılıb.
Qaynar.info xəbər verir ki, polis son şübhəlinin Yeni Dehlidə ələ keçdiyini və Mumbaya gətirildiyini açıqlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl jurnalist qız şəhərin mərkəzində iş yoldaşı ilə birlikdə tekstil atelyesində təcavüzə məruz qalmışdı. Onun iş yoldaşı isə qızı zorlayanlar tərəfindən döyülmüşdü.
Təcavüzə məruz qalan qız isə iş yerinə qayıtmağa qorxduğunu deyib: "Təcavüz həyatın sonu deyil. Cinayətkarların ən ağır şəkildə cəzalandırılmasını istəyirəm".
Qaynar.info