Xalq artisti İlqar Muradovun 65 yaşı tamam olub.
Bu barədə Qaynarinfo-ya danışan sənətçi bildirib ki, onun telefonuna pensiya yaşının tamam olması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat daxil olub:
"Mesaj gəlib ki, pensiya yaşınız tamam olub. Amma nə qədər pensiya alacağım göstərilməyib. Kart hazır olsun, ilk ayında biləcəyəm ki, nə qədər pensiya alacağam”.
Bahar Rüstəmli