
Çində içərisində 81 nəfər sərnişini olan avtobus yanıb.
Qaynar.info-nun məlumatına görə, yanğın nəticəsində içəridə olan sərnişinlərdən 47 nəfəri həlak olub. Daha 34 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Polisin apardığı araşdırma nəticəsində avtobusun texniki nasazlıq səbənindən deyil, qəsdən yandırıldığı ortaya çıxıb. Yanğından sonra avtobusa keçirilən baxış zamanı onun təkərlərində və yanacaq çənində heç bir nasazlıq aşkar edilməyib.
Qeyd edək ki, avtobus dünən yerli vaxtla saat 18:00 radələrində Syamın şəhəri yaxınlığında yanıb.
Qaynar.info