"Yuri Kimin Ceyhun Bayramova zəngi Azərbaycanla Ermənistan arasında kəskinləşən qarşıdurma ilə bağlıdır. ABŞ hərbi toqquşmanın qarşısını almaq, tərəfləri yenidən danışıqlar formatına qaytarmaq istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
"ABŞ-la Azərbaycan arasında çoxtərəfli formatda iş birliyi var. Siyasi, iqtisadi, təhlükəsizlik, enerji daşıyıcıları, o cümlədən regionla bağlı məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin Vaşinqton fəal siyasət yürüdür. Yuri Kimin Bayramova sonuncu zənginin əsas məqsədi son günlər Azərbaycanla Ermənistan arasında yaşanan yeni hərbi qarşıdurmanın baş verməsinin qarşısını almağa hesablanıb”, deyə Taleh Əliyev bildirib.
Eksdert deyib ki, ABŞ hərbi qarşıdurmanın əleyhinədir: "Vaşinqton tərəfləri yenidən danışıqlar formatına qaytarmağa çalışır”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı olub. Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.
Rüfət Sultan