ABŞ-ın Ukraynaya son silah tədarükü cənubda əks-hücum üçün nəzərdə tutulub.
ABŞ prezidenti Co Baydenin administrasiyasının nümayəndəsi bildirib ki, ABŞ Ukrayna ordusunun son bir neçə ay ərzində xüsusi silah tələblərini yerinə yetirərək əks-hücum əməliyyatına hazırlaşmaqda kömək edib.
Onun sözlərinə görə, Ukrayna xüsusi olaraq hücum əməliyyatları üçün nəzərdə tutulmuş silahlar istəyib. Nəticədə, Vaşinqton son iki ay ərzində təhvil verilmiş əlavə sursat, artilleriya və Javelin də daxil olmaqla bir çox tələbləri yerinə yetirib.
Xatırladaq ki, daha əvvəl "The Washington Post” yazmışdır ki, Pentaqon Ukrayna tərəfini Rusiya qoşunları ilə yaxın döyüşə hazırlayacaq yeni silah və texnika ilə təmin edir.
Bunlara mina sahələrini keçməyə kömək edən onlarla maşın, daha yüngül haubitsalar, bir neçə yüz metr radiuslu avtomatlar və 5 km-dən az məsafəni vuran reaktiv yaylım atəşi sistemləri daxildir.
Nizami Bağırov