Xəbər lenti

ABŞ-də azərbaycanlı məktəbli nüfuzlu istedad müsabiqəsinin qalibi oldu (FOTO)
Foto 22:43 01.12.2025

ABŞ-də azərbaycanlı məktəbli nüfuzlu istedad müsabiqəsinin qalibi oldu (FOTO)

ABŞ-nin Florida ştatının Mayami şəhərində yaşayan azərbaycanlı məktəbli Tamerlan Quliyev "Gənc İstedadların Böyük Xəyalları" (YTBD) adı altında keçirilən, uşaqlar və yeniyetmələr üçün təşkil olunan qabaqcıl istedad müsabiqəsinin qalibi olub.

Bu barədə "Report"un ABŞ bürosuna Florida Azərbaycanlıları təşkilatının rəhbəri Esmira Bayramova məlumat verib.

8-18 yaşlı gənc istedadlara böyük səhnədə öz bacarıqlarını nümayiş etdirmək imkanı verən yarışmada həmyerlimiz özünün xoreoqrafiyası olan fərdi rəqslər təqdim edib. Müsabiqənin bütün mərhələlərini uğurla keçən 15 yaşlı T.Quliyevin müsabiqədəki çıxışı münsiflər tərəfindən yüksək qiymətləndirilib. O, rəqs kateqoriyasında birinci yeri qazanıb və eyni zamanda bütün finalçılar arasında fərqlənərək müsabiqənin bütün kateqoriyalar üzrə ən güclü iştirakçısı seçilərək, "Yaxşıların yaxşısı" tituluna layiq görülüb.

T.Quliyevin müsabiqədə nümayiş etdirdiyi rəqsin xoreoqrafiyası Brodveydə çalışmış tanınmış xoreoqraf və səhnə rejissoru John Vincent Leggio tərəfindən hazırlanıb. Onun finalda nümayiş etdirdiyi "Rəqs edən axmaq" adlanan performans məşhur müğənni və bəstəkar Barri Manilovun musiqisi əsasında qurulmuş brodvey üslublu caz rəqsi olub.

T.Quliyev Azərbaycandan ABŞ-yə ailəsi ilə birlikdə 6 yaşı olarkən köçüb. İncəsənətə uşaqlıqdan böyük maraq göstərib. Rəqs, rəsm və ümumilikdə yaradıcılıq həyatının ayrılmaz hissəsinə çevrilib. O, Mayamidə fəaliyyət göstərən "LCA Performing Arts" studiyasında təhsil alıb və hazırda təhsilini nüfuzlu "New World School of the Arts" məktəbinin musiqili teatr fakültəsində davam etdirir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->