Xəbər lenti

ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir
Siyasət07:57 30.04.2015

ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovski iki həftədən sonra Bakıya gəlməyi planlaşdırır. Səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemlərilə bağlı rəsmi Bakı ilə dialoqu bərpa etməkdir.

Bu barədə "Turan"-a məlumatlı diplomatik mənbələrdən bəlli olub.

Xatırladaq ki, dövlət katibinin digər köməkçisi Viktoriya Nulandın bu ilin fevlarında Bakıya səfəri zamanı ABŞ və Azərbaycan arasında bu məsələlərə dair dialoqun başlandığı elan edilib.

Onu da qeyd edək ki, Vaşinqtondakı mənbələr Malinovskinin səfərinin detallarını açıqlamırlar.

Qaynar.info