Xəbər lenti

ABŞ Ermənistanı səyahət üçün təhlükəli ölkələr siyahısına saldı
Siyasət18:33 08.02.2022

ABŞ Ermənistanı səyahət üçün təhlükəli ölkələr siyahısına saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzi COVID-19-a yoluxmaların artması səbəbindən daha yeddi ölkəni səyahət edilməsi riskli ölkələr siyahısına salıb.
Qaynarinfo xəbər verir ki, bu barədə mərkəzin saytında məlumat yayılıb.
Bildirilib ki, "Omicron”a yoluxmaların artması səbəbindən Yaponiya, Kuba, Ermənistan, İsrail, Liviya, Oman və Konqo ABŞ vətəndaşları üçün təhlükəli uçuş nöqtələri siyahısına əlavə edilib.
Bununla ABŞ-ın koronavirusun ən çox yayıldığı ölkələr siyahısına saldığı ölkələrin sayı 134-ə çatıb.
Qeyd olunub ki, vətəndaşlar tam vaksinasiyadan keçmiş olsalar belə, siyahıdakı ölkələrə getməkdən çəkinməlidirlər.