Xəbər lenti

İdman 14:52 04.11.2022

Acun Ilıcalı Arvelatzenin əvəzinə ingilis məşqçi tapdı

Acun Ilıcalının sahibi olduğu "Hull Siti"də Şota Arveladzedən sonra boş qalan məşqçi kürsüsünün sahibi müəyyənləşub.

Qaynarinfo xəbər verir ki, "Hall Siti”nin baş məşqçisi vəzifəsinə Liam Rosenior təyin edilib. Klubdan verilən açıqlamada 38 yaşlı ingilis mütəxəssislə 2 il yarımlıq müqavilə imzalandığı bildirilib.

Futbol karyerası ərzində 2010-15 mövsümləri arasında "Hall Siti"də çıxış edən Liam Rosenior 2018-ci ildə "Brayton"un 23 yaşadək futbolçulardan ibarət komandasında köməkçi məşqçi kimi çalışıb. 2019-cu ildə "Derbi Kaunti"nin məşqçilər korpusuna qoşulan Rosenior Ueyn Runinin istefasından sonra komandanı qısa müddətə çalışdırıb.

Türkiyəli iş adamı uğursuz nəticələrə görə gürcü məşqçi ilə yollarını ayırıb, komanda  müvəqqəti olaraq onun köməkçisi Endi Dausona tapşırılıb.

"Hall Siti" 18 turdan sonra Çempionşipdə 20 xalla 21-ci pillədə qərarlaşıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->