Xəbər lenti

Acun İlıcalı azərbaycanlı ifaçını “O Səs Türkiyə”yə dəvət etdi (VİDEO)
Maqazin14:31 18.08.2017

Acun İlıcalı azərbaycanlı ifaçını “O Səs Türkiyə”yə dəvət etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən il “O Səs Türkiyə”də Hadisənin komandasında çıxış edən gənc ifaçı Ozan Əhmədov proqramdan təklif aldığını bildirib.

"Qaynarinfo"nun SİA-ya istinadən məlumatına görə, müğənni sözügedən musiqi yarışmasının növbəti mövsümündə çıxış etməyə artıq razılıq verib: “Yaxın aylarda “O Səs Türkiyə” səhnəsində yenidən çıxış edəcəyəm. Bu, mənim üçün böyük hədiyyə oldu. Acun abi məni yenidən dəvət etdi”.

O.Əhmədovun sözlərinə görə o, hansı münsifi seçəcəyinə hələ ki dəqiq qərar verməyib.

Məlumat üçün bildirək ki, Ozan Əhmədov bu yaxınlarda ilk “Sevgilimin ad günü” adlı mahnısını təqdim edib.

Qaynarinfo.Az