Xəbər lenti

ADAU Türkiyənin Ege Universiteti ilə birgə tələbə qəbulu elan edir
Ekonomiks 12:00 06.09.2022

ADAU Türkiyənin Ege Universiteti ilə birgə tələbə qəbulu elan edir

II ixtisas qrupu üzrə Azərbaycan Dövlət Aqrar Universitetinin boş qalan plan yerlərinə ixtisas seçimi etmək hüququ olan abituriyentlərin nəzərinə!

Sentyabrın 7-dək ixtisas seçimi aparılan 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin boş plan yerlərinin siyahısına Azərbaycan Dövlət Aqrar Universitetinin aşağıda qeyd olunan ixtisası əlavə edilib:



Bu ixtisas üzrə kadr hazırlığı Türkiyənin Ege Universiteti ilə birgə aparılır və beynəlxalq ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->