Xəbər lenti

AFFA Barış Şimşeklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi
İdman09:48 04.06.2024

AFFA Barış Şimşeklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə yollarını ayırıb.
Bu barədə "Report"a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.
"AFFA və Hakimlər Komitəsinin sədri Barış Şimşek arasında mövcud müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. AFFA adından Barış Şimşekə gələcək fəaliyyətində uğurlar arzu edirik", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Barış Şimşek 2022-ci ilin yayından bu vəzifədə çalışıb.