Xəbər lenti

AFFA futbolçuları oyundan çıxaran məşqçiyə 1 illik cəza verdi
İdman12:02 10.05.2016

AFFA futbolçuları oyundan çıxaran məşqçiyə 1 illik cəza verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Qaynarinfo.az xəbər verir ki, komitənin 4 gün əvvəl keçirilmiş Azərbaycan I divizionunun XXV turunun “Şəmkir” – MOİK matçı ilə bağlı çıxardığı qərar maraqla gözlənilirdi.

Belə ki, bu oyunun 18-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 20 manat cərimə olunub. Lakin meydan sahibləri üçün bu cərimə elə-belədir. Çünki klub daha 2500 manat cərimələnib.

Çünki həmin dəqiqədə baş hakim İnqilab Məmmədovun bu qırmızı vərəqəsi, üstəlik, penalti təyin etməsi “Şəmkir” klubunun cəzalı olan baş məşqçisi Kamran Əlibabayevi özündən çıxarıb. O, tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb edib. Bu isə oyunda 10 dəqiqə məcburi fasilənin yaranmasına səbəb olub. Əlibabayev habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib.

İK Kamran Əlibabayevin bu hərəkətlərini və bu halın analoji olaraq ardıcıl baş verdiyini nəzərə alaraq onun 12 ay futbol fəaliyyətinə qadağa qoyub, "Şəmkir" klubu isə 1500 manat cərimə olunub. “Şəmkir” klubu meydançanı özbaşına tərk edib, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq, daha 1000 manat cərimə ödəməyə məhkum edilib.

Qeyd edək ki, bu matçda MOİK 2:1 hesabı ilə qalib gəlib.

Qaynarinfo.az