Xəbər lenti

Şahin Bağırovdan ödənilməyən əmək haqları ilə bağlı açıqlama
Ölkə 14:02 28.01.2025

Şahin Bağırovdan ödənilməyən əmək haqları ilə bağlı açıqlama

Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydan bəridir ki, əmək haqlarını ala bilməməsinə dair xəbər yayılıb.

Valyuta.Az-ın yaydığı məlumatda bildirilirdi ki, hər hansı bir səbəb göstərilmədən əmək haqları verilmir.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gununsesi.info-ya açıqlamasında bu barədə suala aydınlıq gətirib: "Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”. 


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->