Dünya 09:45 24.08.2023

Şahzadə Harri Londona gələcək, amma ailə üzvləri ilə görüşməyəcək - KİV

Şahzadə Harri Böyü Britaniyaya Kraliça II Elizabetin ölümünün birinci ildönümü ərəfəsində gələcək. O, xeyriyyə mükafatlarının təqdimetmə mərasimində iştirak edəcək, lakin kral ailəsinin üzvləri ilə görüşməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Times""Daily Mail" qəzetləri mənbələrə istinadən məlumat yayıb.

"Şahzadə Harri sentyabrın 7-də "WellChild Foundation" mərasimində iştirak edəcək, lakin Londona səfəri zamanı qardaşı və ya atası ilə görüşmək niyyətində deyil", deyə "Daily Mail" yazır. 

Qəzetin mənbəsinin dediyinə görə, onlar arasında münasibətlər hələ də "ən aşağı səviyyədədir”.

Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl Böyük Britaniyaya səfərində onu müşayiət etməyəcək.

Böyük Britaniya kraliçası II Elizabet 8 sentyabr 2022-ci ildə vəfat edib. Ölümünün birinci ildönümündə kral ailəsi kütləvi tədbirlər keçirməyi planlaşdırmır, mərasimlərə yalnız yaxın ailə üzvləri dəvət olunacaq. Məlumata görə, Kral III Çarlz Şahzadə Harri və həyat yoldaşı Meqan Marklı mərasimə dəvət etməyib.

Aydın