Xəbər lenti

Aİ-nin yeddi ölkəsi blokda qərarların qəbulu üsulunun dəyişdirilməsini istəyir
Dünya11:11 12.06.2023

Aİ-nin yeddi ölkəsi blokda qərarların qəbulu üsulunun dəyişdirilməsini istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı (Aİ) ölkələri qərarları səs çoxluğu ilə qəbul etməlidirlər, belə ki, hazırkı yekdillik tələbi "hərəkət qabiliyyətini ləngidir”. 
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya, Belçika, Niderland, İspaniya, Rumıniya, Sloveniya və Lüksemburqun xarici işlər nazirləri "Politico” nəşrinə yazdığı məqalədə bildiriblər.
Nazirlər izah ediblər ki, onlar "yalnız xarici və təhlükəsizlik siyasəti məsələlərinə yönəlmiş praqmatik yanaşma” təklif edirlər. "Aİ-nin xarici siyasət qərarlarının böyük əksəriyyəti yekdillik tələb edir ki, bu da bəzi hallarda hərəkət etmək qabiliyyətimizi ləngidə bilər. Məhz bu qaydalara görə deyil, əksinə olaraq, biz Rusiyanın işğalçı müharibəsinə cavab olaraq ona qarşı on sanksiya paketi üzərində razılığa gələ bildik”, - məqalədə deyilir.
Avropalı nazirlərin təklifləri arasında aşağıdakılar var:
• səsvermə zamanı "konstruktiv bitərəf” variantından daha geniş istifadə (Aİ müqaviləsinin 31-ci maddəsinin qaydasına görə, bloka daxil olan istənilən ölkə ümumi səsvermədə qəbul edilməli olan qərara bitərəf ola bilər və bu səs ümumi səsvermədə sayılmayacaq);
• praktikada kvalifikasiyalı səs çoxluğunu (qualified majority voting, QMV) sınamaq - xüsusən də "Aİ-nin beynəlxalq insan hüquqları forumlarında ümumi mövqeləri əsasında” qərarlar qəbul edərkən;
• rəsmi səsverməyə ehtiyac olmayan, lakin buna baxmayaraq, təcrübədə "konsensus tələb olunan”, məsələn, bütün Aİ adından açıq bəyanatlar verildiyi halda, qərarların qəbul edilməsi üsulunu uyğunlaşdırmaq;
• Aİ-nin ümumi xarici siyasəti və onun təhlükəsizlik siyasəti ilə bağlı sahələrdə QMV-nin tətbiqi imkanlarını araşdırmaq.
"Biz başa düşürük ki, bəzi Aİ tərəfdaşları QMV-nin xarici siyasətdə istifadəsindən narahatdırlar və biz bu narahatlıqları ciddi qəbul edirik. Bizim üçün konsensus axtarışı Avropa DNT-mizin mərkəzində qalacaq, belə ki, dünyanı müxtəlif bucaqlardan görmək və konstruktiv kompromislərə açıq olmaq üstünlükdür. Beləliklə, biz bütün Aİ-yə üzv dövlətlərin narahatlıqlarını nəzərə almaq, kollektiv maraqlarımıza uyğun ən yaxşı həll yollarının qəbul edilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - məqalədə vurğulanır.
Qeyd edək ki, xüsusilə sanksiyalar paketlərinin təsdiqi zamanı Aİ ölkələrinin yekdil qərarı tələb olunur. İndi Rusiyaya qarşı 11-ci sanksiyalar paketi müzakirə olunur. Onun bu ay, iyunun 29-30-da keçiriləcək Aİ sammiti zamanı qəbul ediləcəyi gözlənilir. Dünyada Rusiyaya qarşı sanksiya rejimini pozan 90-dan çox şirkət məhdudiyyətlər altına düşəcək.
Nizami Bağırov