Xəbər lenti

Ali Radanın deputatı: Reznikov sentyabrın əvvəlində Müdafiə Nazirliyindən qovulacaq
Dünya12:58 31.08.2023

Ali Radanın deputatı: Reznikov sentyabrın əvvəlində Müdafiə Nazirliyindən qovulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın müdafiə naziri Aleksey Reznikov gələn həftə vəzifəsindən çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib. 
Onun sözlərinə görə, Reznikov Böyük Britaniyaya səfir təyin olunacaq. Deputat həmçinin bildirib ki, Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov yeni müdafiə naziri ola bilər.
"Məndə olan məlumata görə, Reznikov müdafiə naziri postunu tərk edəcək və daha sonra Böyük Britaniyaya səfir kimi gedəcək. Tarixlər baxımından: bu, növbəti həftə, yəni sentyabrın ilk həftəsində olacaq”, – Jeleznyak Telegram kanalında yazıb. Aleksey Reznikovun Böyük Britaniyaya səfir təyin olunması faktı barədə daha əvvəl Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
Jeleznyakın sözlərinə görə, Ukraynanın keçmiş deputatı, indi isə Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov nazir postunda Aleksey Reznikovu əvəz edəcək. 
"Artıq dünən səhər səfirliklər belə bir rotasiya ilə bağlı xəbərdarlıq ediliblər. Ən azı bəziləri”, - Yaroslav Jeleznyak bildirib.
Deputatın sözlərinə görə, Aleksey Reznikov Ukrayna Müdafiə Nazirliyində yeni korrupsiya faktı aşkar olunarsa, o, postunu tərk edəcəyinə dair mərc təklif edərkən qarşıdakı istefa barədə məlumatlı olub. 
Nizami Bağırov