Xalq artisti Alim Qasımov açıq ürək əməliyyatı keçirmiş xanəndə Aqil Məlikovu xəstəxanada ziyarət edib.
Bu barədə Qaynarinfo-ya Alim Qasımovun özü məlumat verib. O, həmkarının vəziyyətinin yaxşı olduğunu bildirib:
"Hər şey yaxşıdır. Avqustun 3-də xəstəxanaya gələrək Aqil Məlikovu ziyarət etdim. Aqil müəllim bizim ustadımızdır. Onun səhhəti bizim üçün çox önəmlidir. Şükürlər olsun ki, onu istədiyimiz kimi gördük. Allahın köməkliyi ilə tezliklə sağlamlığına qovuşacaq".
Qeyd edək ki, xanəndə Aqil Məlikov bir neçə gün əvvəl açıq ürək əməliyyatı keçirib. Əməliyyat zamanı onun ürəyində dörd damar dəyişdirilib.
Bahar Rüstəmli
Şərhlər